29 May 2016 22:50
188

Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


VAZ 21015 və VAZ 21011 markalı avtomobillərin toqquşması nəticəsində VAZ 21015 də olan sərnişin, Tovuz rayon Bozalqanlı kənd sakini, 1957-ci il təvəlllüdlü Solmaz Hüseynova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.


Onun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Müəllif: