30 May 2016 13:02
201

Ötən gün axşam saatlarında Xızı rayonunda baş vermiş avtoqəza ilə bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Xızı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, cinayət işinin istintaqı Xızı Rayon Polis Şöbəsinin istintaq qrupuna həvalə olunub.
Hələlik faktla bağlı saxlanılan yoxdur. Hadisənin baş verməsində təqsirli olduğu ehtimal edilən avtonəqliyyat vasitəsinin sürücüsünün vəziyyəti ağır olaraq qalır.


Müəllif: