30 May 2016 14:51
2 568

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb edən 48 yaşlı qadının mütəşəkkil dəstəsi ifşa edilib.

Teleqraf.com xəbər verir ki, qadınları fahişəliyə cəlb edən dəstənin ifşa edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi keçirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 1968-ci il təvəllüdlü Şirvanova Tamilə Əli qızı həbs edilib.

İstintaq müəyyən edilib ki, Tamilə Şirvanova bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınları Türkiyə Respublikasının Konya şəhərinə aparıb və insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Hazırda Tamilə Şirvanovanın dəstə üzvlərinin həbs edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: