31 May 2016 12:55
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda adam oğurluğu faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini, 14 yaşlı Cəfər Qasımovu oğurlayıb.

Həmin şəxs Cəfərin qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəyib. O, bu barədə polisə məlumat verməməyi tələb edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun “VAZ-21154” markalı avtomobillə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb.

Sürücü, Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.
C.Qasımov ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: