20 İyun 2014 14:22
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən gecə saat 01 radələrində Sabirabad rayonu Qaragüney kəndinin ərazisində Osmanlı kənd sakinləri Xəqani Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Firudin Əhmədovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub.

Qəza nəticəsində xəsarət alan X.Məmmədov və sərnişinləri - qızı Mədinə, Osmanlı kənd sakinləri Vahab Novruzov, Aysun Novruzova, Ayna Məmmədova və onun bacısı Humay xəstəxanaya yerləşdirilib.
Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: