31 May 2016 14:22
248

Bakının Nəsimi rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, mayın 29-da Bakı şəhər sakini Təranə Məmmədovaya məxsus çantadan 2000 ABŞ dolları və 50 manat pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Masallı rayon sakini Yaşar Həşimov, əvvəllər məhkum olununlar - paytaxt sakini Ramin Mustafayev və Sədərək rayon Musa Fətullayev tutulublar.

Ramin Mustafayev və Musa Fətullayev həbsxanada tanış olublar. Onlar azadlığa çıxandan sonra Yaşar Həşimovla tanış olublar. Bundan sonra tanışlar oğurluq etməyi planlaşdırıblar.

Onların başqa cinayətləri araşdırılır.

Hacı Zeynalov


Müəllif: