31 May 2016 15:26
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon sakinləri - Rüfət Qarelikov, Elməddin Şahverənov və onun qardaşı Niyaməddin Şahverənov Elvin Abbasovla mübahisə ediblər.

Onlar mübahisə zamanı Elvin Abbasova balta, bıçaq və küt alətlərlə xəsarət yetiriblər. Elvin Abbasov xəstəxanaya yerləşdirilib.

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçiridiyi əməliyyat nəticəsində Rüfət Qarelikov, Elməddin Şahverənov və Niyaməddin Şahverənov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: