31 May 2016 18:45
187

Bərdə rayonu ərazisində yaşıllıq zolağı yanıb.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Yanğın hadisəsi Köçərli-Bakı dəmir yolu ilə Bərdə-Yevlax magistral yolu arasındakı yaşıllıq zolağında baş verib. Yanğın quru otların alışması ilə başlayıb. Daha sonra genişlənən yanğın yol boyu uzanan yaşıllıq zonasına keçib. Yanğın zamanı yol kənarında əkilən yaşıllıqlar məhv olub. İydə, çinar, qovaq, akasiya növündən olan onlarla ağac yanıb.

Rayon Fövqəladə Hallar Komissiyasından Teleqraf.com-a bildirilib ki, ərazidə qeydə alınan yanğın ərazidən keçən teplavozun yaratdığı qığılcımdan törənib. O da bildirilib ki, əraziyə Bərdə və Yevlax yanğından mühafizə hissələrinin yanğınsöndürənləri cəlb edilib. Yanğının daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb.

Xalid Salmanbəyli


Müəllif: