1 İyun 2016 14:27
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Qüdrət Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində müştəri kimi olan Qüdrət Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə sonda qohumlar arasında qanlı olayla nəticələnib. Qüdrət Əbilov hər iki qohumunu bıçaqlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qüdrət Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: