20 İyun 2014 16:06
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırma zamanı “Zaminbank” ASC-nin Xırdalan filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: