20 İyun 2014 16:42
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbətçi Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 137 kiloqram heroinin, həmçinin 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılıblar.

Məlum olub ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən 1 kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər.

MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılıb, baxış zamanı təxminən 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılıb, İlhamiz Qurbanov, Vidadi Ağayev və Əhməd Hüseynzadə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: