20 İyun 2014 17:16
426

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Şəki şəhər sakini Sərxan Zəkəriyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Sərxan Zəkəriyev Yasamal rayonu ərazisində salonlardan bahalı avtomobil alaraq banka salıblar. O, bu şəkildə banka qarşı dələduzluq edərək 13 bahalı maşın satıb. Bununla da banka 200 min manatdan çox ziyan vurub.

Bank tərəfindən daxil olan şikayətlə Yasamal Rayon 28-ci polis bölməsinin əməkdaşları tərəfindən Sərxan Zəkəriyev tutulub.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Sərxan Zəkəriyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: