21 İyun 2014 11:53
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, dünən Bakının Mehmandarov küçəsi, ev 100, mənzil 23 ünvanında bədbəxt hadisə baş verib. Həmin evdə yaşayan 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb. Uşaq ağır vəziyyətdə xəstəxananın Respublika Neorocerrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Həmçinin bu gün də başqa bir uşağın balkondan yixilması ilə nəticələnən hadisə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova 4-cü mərtəbədən yıxılıb. Uşaq Respublika Neorocerrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinin məsul işçisi Kabus Dadaşov bildirib ki, Rəvan Vüqar oğlu Qəniyev kəllə beyin travmasından ciddi xəsarət aldığından elə dünən, Aylin Vahid qızı Hüseynova isə bu gün 1 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.


Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır./publika/


Müəllif: