8 Aprel 2014 09:44

Bu da möhtəşəm derbi! Bazar günü axşam, Türkiyədə dünyanın sayılı derbilərindən olan “Qalatasaray”-"Fənərbaxça" qarşılaşması baş tutdu. Oyun çox maraqla gözlənilirdi və gərgin keçəcəyini təxmin eləmək olardı.

Qabaqcadan onu qeyd eləyim ki, “sarı-qırmızılı” tərəfdarlar uzun müddət davam eləyən uğursuzluqlardan sonra nəhayət, derbidə qələbəyə sevinə bildilər.

Ancaq təəssüflə qeyd eləməliyik ki, oyun haqqında heç də xoş sözlər deyə bilməyəcəyik. Azarkeşlər gözlənilənin çox altında bir oyun izlədilər. Meydandakı futbolçular sanki bir-birlərinə xəsarət yetirmək üçün və biri digərini təxribata çəkmək üçün oynayırdılar.

Bunun nəticəsidir ki, hakim 90 dəqiqə ərzində hər iki komandadan oyunçulara 14 (!) sarı və 2 qırmızı vərəqə göstərdi. Hakimlikdən söz düşmüşkən, oyunu idarə edən, daha doğrusu, birtəhər yola verməyə çalışan Bülənt Yıldırım hadisələrin bu qədər gərginləşməsinin əsas səbəbkarlarından biri idi. Meydanda epizodlara yaxın ola bilməyən, verdiyi qərarlarla hər iki komandanın etirazlarına səbəb olan baş hakim “oyunun ipini” əlində saxlamaq üçün vərəqələri sağa-sola səpələməyə başladı.

Belədə isə həm oyun tempi aşağı düşdü, azarkeşlər baxımlı və sürətli qarşılaşma izləyə bilmədilər, həm də oyunçular get-gedə daha da aqressiv hərəkətlər eləməyə başladı.

“Fənərbaxça”dan Əmrə Bələzoğlunun, “Qalatasaray”dan isə Felipe Melonun niyyəti daha çox rəqibi təxribata çəkmək idi ki, sonucda hər iki futbolçu layiqli cəzalarını alaraq meydandan qovuldular.

Əmrəyə verilən vərəqələr doğru və yerində verilmiş qərarlar olsa da, hakim Melonu oyundan xaric eləmək üçün 80-ci dəqiqəyə qədər gözləməyə də bilərdi. “Pitbull” ləqəbli futbolçu buna qədər dəfələrlə kobudluqlar eləsə də, hakimin səbri sona on dəqiqə qalmış tükəndi.

Elə Əmrənin qırmızı vərəqə aldığı epizodda futbolçuya yaraşmayan, qeyri-etik jest eləyən Melonu da meydandan qovmaq olardı. Ancaq bu kimi hallara göz yuman hakim bunun cəzasını da 90 dəqiqə boyunca ödəməli oldu.

Oyunun nəticəsinə gəlincə isə qısaca olaraq, onu deyək ki, matça daha sürətli başlayan “Qalatasaray” hesabı da erkən açdı. Ancaq Sneyderin qolundan sonra daha çox meydanın mərkəzində və kobudluqla müşayiət olunan bir qarşılaşma oldu. “Fənərbaxça”nın demək olar ki, bir dəfə də təhlükəli vəziyyət yarada bilmədiyi oyunun qalan hissəsində “cimbom” daha iki dəfə qola çox yaxın oldu. Ancaq Droqbanın zərbəsində top dirəkdən, Burakın zərbəsindən sonra isə qapıçı Volkandan qayıtdı.

Bu qələbə ilə “Qalatasaray” uğursuz gedişə dur deməyi bacardı. Ancaq bundan sonra hadisələrin hansı xəttlə inkişaf edəcəyi sual altındadır.

“Fənərbaxça” isə bu məğlubiyyətlə elə də çox şey itirmədi. Rəqibini onsuz da böyük xal fərqi ilə qabaqlayan “bülbüllər” sona 6 tur qalmış hələ də çempionluğa ən real namizəd olaraq qalırlar. Yeganə qan qaraldıcı məqam derbidəki məğlubiyyətdir ki, rəqib meydanındakı bu nəticə o qədər də faciəvi hal deyil.

Oyundakı ən təəccüblü və təəssüf yaradan hal isə azarkeşlərin “Qalatasaray”ın təcrübəli futbolçusu Səlçuq İnanı fitə basması oldu. Qazanılan son iki çempionluqda müstəsna xidmətləri olan “maestro” son vaxtlar ideal formasından uzaq olsa da, belə münasibətə qətiyyən layiq deyil. Oyundan çıxarkən narazılığını açıq-aşkar hiss etdirən Səlcuqun halına üzülməmək olmur.Bu da möhtəşəm derbi! Bazar günü axşam, Türkiyədə dünyanın sayılı derbilərindən olan “Qalatasaray”-"Fənərbaxça" qarşılaşması baş tutdu. Oyun çox maraqla gözlənilirdi və gərgin keçəcəyini təxmin eləmək olardı.

Qabaqcadan onu qeyd eləyim ki, “sarı-qırmızılı” tərəfdarlar uzun müddət davam eləyən uğursuzluqlardan sonra nəhayət, derbidə qələbəyə sevinə bildilər.

Ancaq təəssüflə qeyd eləməliyik ki, oyun haqqında heç də xoş sözlər deyə bilməyəcəyik. Azarkeşlər gözlənilənin çox altında bir oyun izlədilər. Meydandakı futbolçular sanki bir-birlərinə xəsarət yetirmək üçün və biri digərini təxribata çəkmək üçün oynayırdılar.

Bunun nəticəsidir ki, hakim 90 dəqiqə ərzində hər iki komandadan oyunçulara 14 (!) sarı və 2 qırmızı vərəqə göstərdi. Hakimlikdən söz düşmüşkən, oyunu idarə edən, daha doğrusu, birtəhər yola verməyə çalışan Bülənt Yıldırım hadisələrin bu qədər gərginləşməsinin əsas səbəbkarlarından biri idi. Meydanda epizodlara yaxın ola bilməyən, verdiyi qərarlarla hər iki komandanın etirazlarına səbəb olan baş hakim “oyunun ipini” əlində saxlamaq üçün vərəqələri sağa-sola səpələməyə başladı.

Belədə isə həm oyun tempi aşağı düşdü, azarkeşlər baxımlı və sürətli qarşılaşma izləyə bilmədilər, həm də oyunçular get-gedə daha da aqressiv hərəkətlər eləməyə başladı.

“Fənərbaxça”dan Əmrə Bələzoğlunun, “Qalatasaray”dan isə Felipe Melonun niyyəti daha çox rəqibi təxribata çəkmək idi ki, sonucda hər iki futbolçu layiqli cəzalarını alaraq meydandan qovuldular.

Əmrəyə verilən vərəqələr doğru və yerində verilmiş qərarlar olsa da, hakim Melonu oyundan xaric eləmək üçün 80-ci dəqiqəyə qədər gözləməyə də bilərdi. “Pitbull” ləqəbli futbolçu buna qədər dəfələrlə kobudluqlar eləsə də, hakimin səbri sona on dəqiqə qalmış tükəndi.

Elə Əmrənin qırmızı vərəqə aldığı epizodda futbolçuya yaraşmayan, qeyri-etik jest eləyən Melonu da meydandan qovmaq olardı. Ancaq bu kimi hallara göz yuman hakim bunun cəzasını da 90 dəqiqə boyunca ödəməli oldu.

Oyunun nəticəsinə gəlincə isə qısaca olaraq, onu deyək ki, matça daha sürətli başlayan “Qalatasaray” hesabı da erkən açdı. Ancaq Sneyderin qolundan sonra daha çox meydanın mərkəzində və kobudluqla müşayiət olunan bir qarşılaşma oldu. “Fənərbaxça”nın demək olar ki, bir dəfə də təhlükəli vəziyyət yarada bilmədiyi oyunun qalan hissəsində “cimbom” daha iki dəfə qola çox yaxın oldu. Ancaq Droqbanın zərbəsində top dirəkdən, Burakın zərbəsindən sonra isə qapıçı Volkandan qayıtdı.

Bu qələbə ilə “Qalatasaray” uğursuz gedişə dur deməyi bacardı. Ancaq bundan sonra hadisələrin hansı xəttlə inkişaf edəcəyi sual altındadır.

“Fənərbaxça” isə bu məğlubiyyətlə elə də çox şey itirmədi. Rəqibini onsuz da böyük xal fərqi ilə qabaqlayan “bülbüllər” sona 6 tur qalmış hələ də çempionluğa ən real namizəd olaraq qalırlar. Yeganə qan qaraldıcı məqam derbidəki məğlubiyyətdir ki, rəqib meydanındakı bu nəticə o qədər də faciəvi hal deyil.

Oyundakı ən təəccüblü və təəssüf yaradan hal isə azarkeşlərin “Qalatasaray”ın təcrübəli futbolçusu Səlçuq İnanı fitə basması oldu. Qazanılan son iki çempionluqda müstəsna xidmətləri olan “maestro” son vaxtlar ideal formasından uzaq olsa da, belə münasibətə qətiyyən layiq deyil. Oyundan çıxarkən narazılığını açıq-aşkar hiss etdirən Səlcuqun halına üzülməmək olmur.


Müəllif: Zaur Xudiyev