Aygün Kazımova: “Özüm kimi nömrə birləri dinləyirəm” – “Üçü birində”

10 Yanvar 2017 12:46 (UTC+04:00)

- Son oxuduğunuz kitab…

- Kitab oxuyuram. Amma nə yalan deyim çox oxumuram. Daha çox maraqlı və həyati məna kəsb edən kitabları oxumağa çalışıram. Sonuncu dəfə Aid İbn Abdullah Əl-Karninin "Ne qrusti" kitabını oxumuşam. Çox maraqlı əsərdir. Düzdür, adı bir az gec yadıma düşdü, amma inanın ki, oxumuşam (gülür). Kitab oxumaq yaxşıdır, zehni inkişafı gücləndirir. Xüsusilə məşhurlara kitab oxumaq çox lazımdır.

- İzlədiyiniz film…

- Film və serial izləməyi çox sevirəm. İnanın səmimiyyətimə, ATV kanalında yayımlanan bütün seriallara və verilişlərə baxıram. Hətta cizgi filminə də (gülür). “Vicdan haqqı”, “Sən olmasaydın”, “Məryəm” və başqa serialları izləyirəm. Rövşən İsaxın seriallarını da izləməyi sevirəm. “Pərvanələrin rəqsi” də izlədiyim seriallar sırasında idi.

- Dinlədiyiniz mahnı…

- Mən müğənnin ifa etdiyi mahnıdan çox səhnə çıxışına, performansına baxıram. Bunlar daha çox maraqlandırır. Madonna və Şakiranın çılğın səhnə şousu mənə ruh verir. Onlardan çox şey öyrənirəm. Bəzən nə yalan deyim, onlara qibtə edirəm. Biz sözlə – özüm kimi nömrə birləri dinləyirəm.

Rəqsanə