Poeziya və muğamı birləşdirən adam

20 Aprel 2017 13:25 (UTC+04:00)

Baş idarədən Teleqraf.com-a bildirilib ki, tədbir Xalq Artisti, xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunacaq.

H.Hüseynovun zəhmətsevərliyi və sənət axtarışları nəticəsində nail olduğu ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma bacarığı muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib. O, uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb.