Anar Səmədov 6 kilo narkotiklə tutuldu

21 Aprel 2017 10:04 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Anar Səmədov həbs edilib.

Ondan 6,050 qram heroin götürülüb. Onun mənzilinə baxış zamanı isə 5 kiloqram 50 qram marixuana da aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov