Quba yolunda dəhşət: sürücü güclə çıxarıldı

21 Aprel 2017 11:32 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci kilometrliyində VAZ və “Volksvagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri VAZ markalı minik avtomobilində sıxılıb qalan sürücünü xilas edib.

İlhamə ƏBÜLFƏT