Erməni canfəşanlığı: İsrail səfirliyinə sual, məyusedici cavab

21 Aprel 2017 12:12 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu haqda İsrailin Azərbaycandakı səfirliyi erməni jurnalistin sorğusuna cavabında bildirib.

Səfirlik İsrailin Azərbaycandakı konsulunun vaxtaşırı Aleksandr Lapşinlə görüşdüyünü qeyd edib:
“Səfirlik Lapşinə tibbi yardım lazım olanda dəqiq informasiyaya malik olur”.

Qeyd edək ki, İsrail, Rusiya və Ukrayna vətəndaşlığı daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusun hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.

Nərgiz