Ermənistanda Elmlər Akademiyası satılır

21 Aprel 2017 13:06 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu Ermənistanın "Çorrord İşxanutyun" nəşri yazıb.

Məlumatlı mənbə nəşr bildirib ki, hazırda hökumət binalara alıçı axtarır.

Məqalədə qeyd edilib ki, Ermənistanda sırf iqtisadiyyatdan gələn gəlirlər hesabına dövlət büdcəsini doldurmaq getdikcə çətinləşdiyindən, hökumət büdcəni binaları satmaqla doldurmaq istəyir. Binası satılmaq planına daxil olan strukturlardan biri də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.