Azərbaycanlı müəllimlərdən etiraz aksiyası - FOTO

21 Aprel 2017 13:17 (UTC+04:00)

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “GAMAC.info” saytı yayıb. Əllərində plakatlar olan müəllimlər 11 ildir gözlədikləri tikinti layihəsinin başa çatmadığı və hələ də evlərinin təhvil verilmədiyindən şikayətləniblər.

Qeyd edək ki, sözügedən tikinti layihəsinin təməli Mahmud Əhmədinejadın prezidentliyi dönəmində qoyulub. 11 il ərzində layihənin 90 faiz işləri görülüb, lakin hələ də yekunlaşmayıb. 4 il öncə layihənin podratçısı dəyişib.

Zəncan müəllimləri bu özbaşınalığa görə dəfələrlə etiraz aksiyası keçiriblər.