Xəzərdə zəlzələ oldu

21 Aprel 2017 15:53 (UTC+04:00)

Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerlı vaxtla 15:06-da qeydə alınıb.

Maqnitudası 3.3 bal olan zəlzələnin episentri yerin 52 km dərinliyində yerləşib.