Cüdoçumuz ermənini tatamiyə çıxmağına peşman etdi

21 Aprel 2017 16:36 (UTC+04:00)

Olimpiya mükafatçımız Rüstəm Orucov yarışa 1/16 finalda qoşulub. O, bu mərhələdə Andre Seppa (Estoniya) ilə güləşib. Təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib və ippanla qalib gəlib.

Rüstəm 1/8 finalda ermənistanlı Ferdinand Karapetyanla mübarizə aparıb. Cüdoçumuz bu rəqibini də yarışdan kənarlaşdırıb. Orucov yarımfinalda Musa Moquşkovla qarşılaşıb.