Rabitə işində şok cəzalar - Məhkəmə

19 May 2017 13:07 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov Cəfır Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar dövlətə dəymmiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.

Növbəti proses mayın 24-də davam edəcək.