Mədət Quliyev: "Odurda bu xəyanətkar şəbəkə..."

19 May 2017 14:54 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı, artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi, prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb. İstintaq məsələyə öz qiymətini verəcək".