Azərbaycanın böyük oğlu anıldı – Foto

19 May 2017 15:31 (UTC+04:00)

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə “Şərq” qəzetinin baş redaktoru, araşdırmacı yazar, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, QAT sədri Akif Nağı, tədqiqatçı Rəsmiyyə Qarayeva və digərləri çıxış edib. Çıxışçılar Ə.Ağaoğlunun həyat və mübarizə yolu, tarixdəki yeri, ictimai-siyasi fikirləri ilə bağlı məlumat verib, sualları cavablandırıblar.

Sonda Ə.Ağaoğlunun cəmiyyətdə daha çox tanıdılması, elmi və ədəbi irsinin öyrənilməsi ilə bağlı qərarlar qəbul olunub.