5 nəfəri gürzə çaldı - Ceyranbatanda

19 May 2017 16:24 (UTC+04:00)

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, 2016-ci illə müqayisədə bu il ilan sancma hadisəsi daha az qeyd alınıb:

“Xəstəxanaya çatdırılan 5 nəfərə köməklik edilib. 4 nəfərin müalicəsi bitib və evə buraxılıb. 1 nəfər isə xəstəxanada müalicəsini davam etdirir. Bir neçə günə evə buraxılacaq. İlan sancma hadisəsi Ceyranbatan ərazisində və digər paytaxt rayonlarında baş verib. Həmin şəxsləri gürzə ilanı sancıb”.

Toksikologiya şöbəsinin müdiri qeyd edib ki, ilan sancan zaman ağrıkəsicinin vurulması və allergiya əleyhinə dərman qəbul edilməsi mütləqdir.