BDU-nun yeni kafedra müdiri kimdir?

19 May 2017 17:25 (UTC+04:00)

Teleqraf.com yeni kafedra müdirinin tərcümeyi-halını təqdim edir.

Allahverdi Məhərrəm oğlu Məmmədli 1976-cı ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1981-ci ilədə BDU-nun Jurnalistika fakültəsini radio-televiziya ixtisası üzrə bitirib. Naxçıvan Dövlət Televiziya və radio verlişləri komitəsində baş redaktor vəzifəsinə təyin edilib. 1998-ci ilə Bakıda Azad Azərbaycan radiosunun məsul redaktoru və ilk efir aparıcısı olub. 2000-2005-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2005-ci ildən BDU-nun Jurnalistika fakültəsində dərs deyir, eyni zamanda, Ali Məhkəmənin Mətbuat xidmətinin rəhbəri vəzifəsində fəaliyyət göstərir. 2017-ci ildə Televiziya və radio jurnalistikası kafedrasının müdiri seçilib.

2004-cü ilə filologiya elmləri namizədi, 2015-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. Son 5 ildə 46 məqaləsi respublikanın və xarici ölkələrin elmi jurnallarında çap olunub. 4 monoqrafiyanın müəllifidir.

KİV-də iştirakına görə “Qızıl qələm və Həsən bəy Zərdabi mükafatlarına layıq görülüb. Televiziya və radionun inkişafında xidmətlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.