Atatürk: Məni tuta bilərlər, lakin öldürmək... – Video

19 May 2017 17:32 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu sözləri Mustafa Kamal Atatatürk İzmirin işğalına başlanandan və Osmanlı dövlətinin buna seyrçi mövqedə qalmasından bir gün sonra Samsuna gəmiylə getmək qərarı verdiyi gün dostunun “Səni Qara dənizdə batıracaqlar” sözünə cavab olaraq demişdi.

Böyük öndər səfərdən öncə padşah Vəhdətdinlə görüşdü və anasıyla vidalaşdı.

...19 may 1919-cu il Türkiyənin Samsun şəhərində Qurtuluş savaşının başladığı tarixdir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk bu tarix barədə “mənim doğum günüm” sözlərini işlədib. Mayın 19-u Atatürkün doğum günü hər il Türkiyədə Gənclik və idman bayramı kimi qeyd olunur. Bu gün türklər "Ata" adlandırdıqları Atatürkü hörmətlə anırlar...

“Hürriyət”in bu önəmli günlə bağlı hazırladığı sənədli video-çarxı təqdim edirik: