FHN Masallıdakı yanğınla bağlı məlumat yaydı - Yeniləndi

19 May 2017 19:38 (UTC+04:00)

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları, əşyaları 325 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.


Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.