Ermәni vәhşiliyi tarixi faktlarla

19 May 2017 20:07 (UTC+04:00)

Konfransda Bişkek şәhәri mәrkәzlәşdirilmiş kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva da iştirak edib. Konfransa özü ilә Bişkekdәn hәlә 2009-cu ildә Türkdilli Dövlәtlәrin Siyasәtinә Dәstәk Fondunun sifarişi ilә nәşr edilәn "Ermәnilәrin Azәrbaycan tortaqlarında törәtdiklәri vәhşiliklәr tarixi faktlarla" kitabını nümayiş etdirib, kitabın nüsxәlәrini tәdbir iştirakçılarına hәdiyyә edib.

Teleqraf.com "Olaylar"a istinadən xəbər verir ki, ingilis vә rus dillәrindә nәşr edilən kitabın elmi rәhbәri AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, mәslәhәtçisi isə Oktay Әsәdovdur.

Sözügedən kitab TÜRKSOYun tәşkilatçılığı ilә Qazaxıstanın Çimkәnd vilayәtinin Türkistan şәhәrindә keçirilən türkdilli dövlәtlәrin kitabsevәrlәrin konfransında sərgilənib. Kitabı sərgiyə Bişkek şәhәri Mәrkəzlәşdirilmiş Kitabxanalar sisteminin direktoru Qulsayra Dandıbayeva təqdim edib. Sərgi guşəsində özünə yer alan kitab sonradan tәdbir iştirakçıları və kitabxanaya hәdiyyә edilib.