Tağı Əhmədov Bakıya nə vaxt qayıdacaq? - Eksklüziv

16 İyul 2017 15:35 (UTC+04:00)

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarovun məhkəmədə verdiyi ifadəsində səsləndirdiyi ağır ittihamlara münasibət bildirərkən deyib.

Akif Çovdarovun ittihamlarını rədd edən Tağı Əhmədov əlavə edib:

“Belə həyasızlıq olmaz axı. İstintaq gedə-gedə belə danışmaq olar?! 3 ildir Bakı Metropoliteninin rəisi deyiləm, bu müddətdə bilmirlərmi nəyim var, nəyim yoxdur?”
Tağı Əhmədov ona olan etimadı həmişə doğrultduğunu və vəzifə səlahiyyətlərindən istifadə etmədiyini söyləyib.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi Akif Çovdarov məhkəmədə verdiyi ifadəsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovu korrupsiyada və dövlət vəsaitini mənimsəməkdə ittiham edib. O, Tağı Əhmədovun Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada biznesinin və evlərinin olduğunu qeyd edib, ünvanlar açıqlayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il fevralın 27-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib və Tağı Əhmədov vəzifəsindən kənarlaşdırılıb.