Çobanı vurub qaçdı

16 İyul 2017 22:19 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini 1990-cı il təvəllüdlü Musayev Nihad Əhməd oğlu qoyunları yoldan keçirərkən onu maşın vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Musayev Nihad Əhməd oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.