Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

17 İyul 2017 09:47 (UTC+04:00)

Teleqraf.com “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.

Bildirilib ki, görüş Rusiya tərəfindən təşkil olunacaq və bu ilin sonuna qədər baş tutacaq:

"Bu dəfə əsas təşkilatçı Rusiyadır. Minsk Qrupunun digər üzvü olan Fransanın tərəfləri danışıqlar masasına oturtmaq istəyi uğursuzluqla nəticələnib. Bu dəfə Moskva bunun üçün çalışacaq".