İki qardaşın qatili həbs edildi

17 İyul 2017 10:27 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Maştağa qəsəbəsində iyulun 13-də keçirilən toy şənliyində baş verib.

Hadisə zamanı qəsəbə sakinləri - 1991-ci il təvəllüdlü Mahir Əhmədov və onun qardaşı, 2000-ci il təvəllüdlü Elxan Əhmədov bıçaqlanıb.

İlkin məlumata görə, Elxan Əhmədov musiqi sifarişi üstündə 3 nəfərlə dava edib. Mahir Əhmədov isə araya girib və onları sakitləşdirmək istəyib. Bu zaman qanlı olay baş verib.

Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.