Ərdoğanın sədrliyi ilə toplantı: Türkiyə üçün özəl gün

17 İyul 2017 11:34 (UTC+04:00)

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantının əsas müzakirə mövzusu fövqəladə vəziyyət olacaq.

Şuranın toplantısında müzakirə ediləcək digər bir mühüm məsələ isə terrorla mübarizə məsələsidir.

Ölkənin cənub-şərqində davam edən əməliyyatlar, İraq və Suriyadakı hadisələr də müzakirə ediləcək mövzular arasında olacaq.

Qeyd edək ki, Ərdoğan 19 iyulda başa çatacaq fövqəladə vəziyyət rejiminin 4-cü dəfə uzadılacağını və bunun Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacağını açıqlamışdı.