Şəbnəm Tovuzlu şok yaşadı: yoldaşı həkimlərlə dava etdi – Qəza/Video

17 İyul 2017 11:57 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, müğənni Şəbnəm prodüseri Cəmilə ilə birgə "Mersedes Viano" markalı maşını ilə gələrkən, qəflətən "VAZ 2107" markalı avtomobil onların qarşısına çıxıb. Toqquşma nəticəsində sürücü, prodüser və müğənni xəsarət alıb.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə durumu orta ağır qiymətləndirilir.

Şəbnəm Tovuzlunun şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dava edib.

Qeyd edək ki, Şəbnəm yolda olarkən, musiqiyə qulaq asa-asa video çəkib və bu sözləri yazaraq, instaqramda paylaşıb:

“Bu mahnı mənim həyatımda ən sevincli günlərimin mahnısıdır. Biz yenə də o sevgidən tutub gedirik”.
Müğənni və prodüseri hazırda zənglərə cavab vermir.

A post shared by Şəbnəm Əsədova (@sebnemtovuzlu_official) on