Rus və alman qadınlar saxlanıldı – Mosulda

17 İyul 2017 12:19 (UTC+04:00)

Teleqraf.com Türkiyənin “Hurriyyet” qəzetinin saytına istinadla xəbər verir ki, İraq hərbçiləri Mosul şəhərində 3-ü türk olmaqla 20 İŞİD fəalı olan qadını həbs edilib. İŞİD-çi qadınlar Mosulda yeraltı tunellərin birində ələ keçirilib. Onların üzərində intihar bombaları və silahlar tapılıb.

İşin maraqlı tərəfi tutulan İŞİD-çi qadınların milli mənsubiyyəti ilə bağlıdır. Məlumata görə, həbs edilən qadınlardan 5-i alman, 3-ü rus, 1-i çeçen, 3-ü türk, 2-si kanadalı, digər 6-sı isə Liviya və Suriyadandır.