Şəkidə 21 yaşlı oğlan bıçaqlandı

17 İyul 2017 12:23 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Çayqaraqoyunlu sakini, 1996-cı il təvəllüdlü Mahir Məmmədov kənd əraziisndə çayxanalardan birində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Mahir Məmmədovla həmkəndlisi, 1997-ci il təvəllüdlü Tərlan Eyubov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Nəticədə Tərlan Eyubov bıçaqla Mahir Məmmədova xəsarət yetirərək hadisə yerindən qaçıb. Hadisəni törətməkdə şübhəli sayılan Tərlan Eyubov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.