Gənc teatrşünas dünyasını dəyişdi - Foto

17 İyul 2017 12:27 (UTC+04:00)

Bu sözləri AMEA-nın əməkdaşı, tanınmış teatrşünas Vidadi Qafarov Teleqraf.com-a deyib:

“Bircə onu bilirəm ki, Niyaz həyatı, ailəsini çox sevirdi... Bu ağır həyatda hər çətinliyə qatlaşırdı ki, təki şirin balası Nərgizi, sevimli həyat yoldaşı Aygünü xoşbəxt etsin, onların üzündən təbəssüm əskik olmasın... Niyaz teatrı da çox sevirdi, son illər “Kaspi” qəzetinin “Teatr” əlavəsinin ən fəal müəlliflərindən idi. Ən çox da gənc aktyorlardan, rejissorlardan yazardı, özü də bir gənc teatrşünas olaraq, onlara dəstək olmağa çalışardı. Bir xasiyyəti də vardı ki, o nə həyatda, nə insanlarda, nə də teatrda qüsur axtarardı, onları görsə də yalnız yaxşıdan yazardı. Bəziləri kimi şou yaratmaq, məşhurlaşmaq naminə kimisə tənqid etmək iddiasından uzaq idi. Bir dəfə yeni yaranan teatrlardan birinin tamaşası haqqında maraqlı bir yazısını oxuyandan sonra soruşdum ki, Niyaz, bu tamaşada heç bir qüsur yox idi, ya sən yazmamısan? Dedi, var idi müəllim, amma özüm tənqid etmədim ki, cavandılar, birdən pis təsir edər, həvəsdən düşərlər... Niyaz məhz belə insan idi... Nə deyim.., nə yazım... Allahın yazısı qarşısında kim nə deyə bilər ki... Niyaz, Allah sənə rəhmət eləsin... Ruhun şad olsun... Allah bütün doğmalarına, əzizlərinə səbr versin.”

Qeyd edək ki, hadisə gənc teatrşünas ailəsi ilə Altıağacdan istirahətdən qayıdarkən baş verib. Niyazın avtomobildə olan digər ailə üzvlərinin də ağır xəsarət aldığı deyilir.