Qətər qalmaqalının təşkilatçısı o ölkədir – “Vaşinqton Post”

17 İyul 2017 13:16 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu barədə “Vashinqton Post” qəzeti ABŞ kəşfiyyatındakı yüksək çinli məmura istinadən xəbər yayıb.

İnsident mayın 24-də baş verib. Həmin gün Qətər dövlət xəbər agentliyinin saytı sındırılıb, sayta Qətər əmiri Təmim bin Həməd Əl-Taninin diplomatikqqalmaqala səbəb ola biləcək bəyanatı yerləşdirilib. Həmin bəyanatda Qətər əmiri İranla münasibətlərin yaxşılaşdırılmasına çağırış edib, HƏMAS və “Hizbullah”ı müqavimət hərəkatları adlandırıb.

Bundan sonra bir sıra ərəb ölkələri Qətərlə diplomatik münasibətləri kəsdiklərini bəyan ediblər.

Ancaq Əbu-Dabi özünün bu olayın təşkilatçısı olmasına dair səslənən ittihamları rədd edir.