Qəzaya düşən Şəbnəmdən xəbər var – Yeni

17 İyul 2017 14:42 (UTC+04:00)

Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı müğənni Şəbnəm Tovuzlunun prodüseri Cəmilə Cəfərova bildirib. O, Şəbnəmlə birgə saytlardakı xəbərləri və şəkilləri görüb şoka düşdüklərini bildirib:

“Düzdür, qəza vaxtı çox qorxmuşduq. Amma yerli saytlar qəzanı o qədər şişirdiblər ki, özümüz də məəttəl qalmışıq. Qəza o dərəcədə qorxulu deyildi. Yüngül avtoqəza idi. Qorxduğumuza görə dərhal xəstəxanaya aparıldıq. İynə vurdular, bizi evimizə yola saldılar. Sadəcə Şəbnəm lap çox qorxduğu üçün xəstəxanada qalmağı məsləhət oldu. Bu gün səhər artıq onu da evə buraxdılar. Uzun sözün qısası, bizə heç nə olmayıb. Sadəcə maşın əzilib və ustaya göndərilib. Bütün planlarımız olduğu kimi qalır. Ayı 20-si baş tutacaq konsertimizə hazırlaşırıq”.