Şort geyindikləri üçün valideynlərini döydülər

17 İyul 2017 19:37 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, İstanbulun Sarıyer məhəlləsində şort geyinən Büşra adlı qız və onun nişanlısı ətrafdakıların qəzəbinə tuş gəlib. Qızın atasına mesaj yazan qonşulardan biri "qızınız və kürəkəniniz qısa şalvarda məhəllədə görüşürlər. Bu bizə qarşı hörmətsizlikdir. Onları yığışdırın", deyə qeyd edib. Qızın atası mesajdan sonra gənclərə "dağılışın" xəbərdarlığını edib.

Kürəkən evinə geri dönüb. Büşra D. isə evin pilləkənində oturub. Bir müddət sonra 3-4 oğlan qıza yaxınlaşaraq onu döyməyə başlayıblar. Səsə qızın ata-anası çıxıb. Oğlanlar valideynləri də şil-küt ediblər. Döyülənlərin hər üçü xəstaxanaya yerləşdirib.

Təcavüzkarlar polis tərəfindən saxlansa da, sonradan sərbəst buraxılıblar.

Zərərçəkmiş mediaya açıqlamasında bildirib ki, qadının şort geyməsini ədəbsizlik kimi görənlər artıq kişilərin də geyiminə qarışır. Baş verənlərə göz yummayacam".