Balakəndə narkotik əməliyyatı

10 Avqust 2017 14:17 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.