ABŞ və Şimali Koreyanın gizli görüşü üzə çıxdı

12 Avqust 2017 10:02 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Görüşlərin son 1 ayda gerçəkləşdiyi bildirilib.

Agentlik görüşdə iştirak edən diplomatların da adlarını açıqlayıb. Məlumatlara görə, ABŞ-ı bu görüşdə Vaşinqtonun Şimali Koreya üzrə xüsusi təmsilçisi Cozef Yun təmsil edib. Pxenyan adından isə görüşdə Şimali Koreyanın BMT-dəki ali nümayəndəsi Pak Sonq İl iştirak edib.