Tramp həmkarına rədd cavabı verdi

12 Avqust 2017 17:54 (UTC+04:00)

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bu ölkədə demokratiya bərpa edilməyənədək Maduro ilə danışmayacağını deyib.

Xatırladaq ki, Venesuelada Prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.