Nuri İlhamə Quliyevanı təkrar edir: “Eyni məkandayıq…”

12 Avqust 2017 19:39 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Nuri İlhamə Quliyevanın “Unut məni” mahnısına yeni nəfəs verib.

O, həmçinin İlhamə xanımın mahnıya klip çəkdirdiyi məkanda eyniadlı klipinin çəkilişlərini bitirib. Müğənni klipdən bir kadrı paylaşaraq belə yazıb: “Eyni məkandayıq. Sanki İlhamə xanım da burda imiş kimi…”

Qeyd edək ki, Nuri Sərinləndirici yeni solo konsertə hazırlaşır. Oktyabrın 20-21-də o, Heydər Əliyev adına sarayda "Etiraf" adlı konserti ilə çıxış edəcək.