Hökumət prezidenti cəzalandırdı

12 Avqust 2017 20:57 (UTC+04:00)

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Argentina hökuməti Maduronun fəaliyyətinin “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlmədiyini bəyan edib.

Argentina hökuməti N.Maduronu insan haqlarını kobud surətdə pozmaqda ittiham edir.

Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.