Millət vəkili: Niyə ərəb turistləri Avropada qadınlara söz atmır?

12 Avqust 2017 21:38 (UTC+04:00)

Deputat qeyd edib ki, son günlər Azərbaycana gəlmiş ərəb turistlərilə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır: "Xüsusilə də, onların Bakının "Torqovı" adlanan məkanında guya özlərini apara bilməmələri, kimlərəsə söz atmaları və s. ciddi polemikaya səbəb olub. Əlbəttə ki, hər bir şəxsin, o cümlədən, xarici vətəndaşların, turistlərin olduqları ölkənin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşması olduqca vacibdir. Amma burada bir məqamı diqqətə çatdırmaq istəyirəm. Ərəblər dünyanın, demək olar ki, bütün ölkələrində, həmçinin inkişaf etmiş Avropa ölkələrində mövcuddurlar. Onlar turist kimi səfər etdikləri ölkələrin qayda-qanunlarına, milli-mənəvi, əxlaqi dəyərlərinə hörmətlə yanaşmaqla bərabər, orada böyük vəsait xərcləyirlər, dövlət büdcəsinə, iqtisadiyyata müəyyən qatqıları olur".

Adil Əliyev daha sonra qeyd edib: " Necə olur ki, inkişaf etmiş ölkələrdə ərəb turistlərdən narazılıq edilmir, "qadınlarımıza söz atdılar, sataşdılar" kimi giley-güzarlar eşidilmir, amma Azərbaycanda müəyyən şəxslər ərəblərə qarşı fəal kampaniya aparırlar? Onlar qarşılarına çıxan hər qadına söz atırlarmı? Kimsə ərəblərdən polisə şikayət edibmi? Əgər bu suallara cavab yoxdursa, deməli, problemi ərəblərdə deyil, özümüzdə axtarmaq lazımdır.."