Mustafa Cecəli Şəhidlər Xiyabanında - Foto

12 Sentyabr 2017 00:39 (UTC+04:00)

Bakıda olan türkiyəli müğənni Mustafa Cecəli Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, müğənni Azərbaycanda nişan mərasiminə qatılıb.

Müğənni 20 Yanvar hadisələri ilə bağlı üzüntüsünü şəhidlərimizin məzarına gül qoymaqla ifadə edib.

Mustafa Cecəli paytaxtımıza bəstəkar Kəmalə Qasımovanın dəvəti ilə gəlib. O, Mustafa üçün mahnı da yazıb. Mahnının klipində Azərbaycanın tarixi məkanlarının görüntüləri yer alacaq.